AZ

İkitərəfli əlaqələr müstəqil və milli maraqlar əsas tutularaq reallaşdırılır - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Dünyada baş verən dəyişikliklərə adekvat olaraq Azərbaycan da yeni çağırışlara cavab verən addımlar atmaqdadır. Xüsusilə ikitərəfli əlaqələr müstəqil və milli maraqlar əsas tutularaq reallaşdırılır. Orta Asiya ölkələrinə yanaşma da bu aspektdən həyata keçirilir”.

Bunu Hafta.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Azərbaycan Prezidentinin Qazaxıstana səfəri ilə bağlı açıqlamasında bildirib.

Partiya sədri qeyd edib ki, uzun müddət Azərbaycan Orta Asiya ölkələrinə vahid bir məkan kimi yanaşıb. Bunun da əsas səbəbi Azərbaycanla bu məkanda yerləşən ölkələr arasında əlaqələrin zəifliyi, iqtisadi və siyasi əməkdaşlığın lazımi səviyyədə olmamasıdır".

"İndi isə Orta Asiyada yerləşən hər bir ölkə ilə tarixi, mədəni, mənəvi, dini, etnik dəyərlər nəzərə alınmaqla siyasi və iqtisadi münasibətlər formalaşdırılır. Münasibətlərdə konkretlilik, faydalılıq, etibarlılıq faktorlarına xüsusi əhəmiyyət verilir. Bu isə Asiyanı Avropa ilə birləşdirən böyük bir yol üzərində inşa olunmuş birgə nəzarət mexanizmi deməkdir. Bu elə bir gücdür ki, onunla hesablaşmamaq mümkün deyil”.

Seçilən
24
hafta.az

1Mənbələr