AZ

Zelenski: Rusiyanın gecə hücumu nəticəsində 6 nəfər həlak olub...

Ukrayna prezidenti ölkənin enerji infrastrukturu və yaşayış binalarının hədəfə alındığını bildirib...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ötən gecə həyata keçirdiyi hava hücumu nəticəsində altı nəfərin həlak olduğunu, 17 nəfərin isə yaralandığını açıqlayıb. Dövlət başçısı bu barədə sosial şəbəkələrdə paylaşım edib.

Zelenskinin sözlərinə görə, hücumlar əsasən ölkənin enerji infrastrukturu və yaşayış binalarını hədəf alıb:
“Bu gecə bir daha sübut etdi ki, Rusiya müharibəni uzatdığına görə hələ kifayət qədər təzyiq hiss etmir. Gecə boyu və səhərədək hava hücumundan müdafiə qüvvələrimiz, mobil atəş qrupları və pilotsuz uçuş aparatlarını zərərsizləşdirən bölmələr işləyirdi. Hücumlar adi şəhərlərə, əsasən də enerji sisteminə yönəlmişdi, lakin çox sayda yaşayış binaları da zərbə altına düşüb,” — deyə Zelenski bildirib.

Prezident həmçinin qeyd edib ki, Ukrayna ordusu və hava müdafiə qüvvələri hücumun qarşısını almaq üçün gecə ərzində onlarla pilotsuz aparatı məhv edib. Zelenski beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri gücləndirməyə çağıraraq bildirib ki, “bu cür hücumlar yalnız sərt reaksiyalarla dayandırıla bilər.”

Hücumlar nəticəsində bir neçə vilayətdə enerji təchizatı pozulub, fövqəladə xidmətlər dağıntıların aradan qaldırılması və yaralıların xilas edilməsi üzərində işləyir.

Poliqon.info

Seçilən
55
33
poliqon.info

10Mənbələr