"Benfika"nın baş məşqçisi Joze Mourinyo sabiq klubu "Fənərbağça"nı unuda bilmir.
Offsideplus.az xəbər verir ki, o, bu dəfə Kerem Aktürkoğlu transferinə toxunub:
"Çox sevdiyim bir oyunçu var idi, amma o, indi burada deyil. Əvvəlki klubumun Keremlə bağlı tutduğu yola görə hər şey belə olmalı idi.
"Benfika"nın maaşından beş qat daha çox təklif bilən birini dayandırmaq şansı yox idi. Bu, "Benfika"nın idarə edə biləcəyi vəziyyət deyildi".
Qeyd edək ki, K. Aktürkoğlu bu yay Lissabon klubunu tərk edərək "Fənərbağça"ya qoşulub.