AZ

İrakli Kobaxidze: Region dövlətləriCənubi Qafqazı sülh məkanına çevirmək niyyətindədirlər

BAKI, 22 oktyabr. TELEQRAF

Tbilisidə keçirilən "İpək Yolu Forumu" region ölkələri arasında dialoq üçün əsas platforma olaraq qalır və qalacaq.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze forumun açılış mərasimində deyib.

O bildirib ki, 2015-ci ildə forumun əsası qoyularkən məqsəd dialoq üçün bir meydança yaratmaq olub:

"Bu gün forum artıq sadəcə görüş yeri deyil, ideyaların real layihələrə çevrildiyi məkandır.Ermənistan və Azərbaycanın tədbirdə iştirakı Cənubi Qafqaz ölkələrinin ortaq baxışını nümayiş etdirir.Bu, bir daha göstərir ki, region dövlətləri birgə səylərlə Cənubi Qafqazı sülh, sabitlik və iqtisadi imkanlar məkanına çevirmək niyyətindədirlər".

İrakli Kobaxidze əlavə edib ki, hazırda dünya ənənəvi ticarət yollarını və təchizat zəncirlərini yenidən nəzərdən keçirir:

"Yeni marşrutların formalaşdığı bir dövrdə əsas məqsədimiz sülhün qorunması və möhkəmləndirilməsidir.XXI əsrdə dayanıqlı inkişaf üçün qarşılıqlı əlaqələrin yeni istiqamətlərdə genişləndirilməsi vacibdir. Enerji dəhlizləri, rəqəmsal magistrallar və sərbəst kapital dövriyyəsi bu baxımdan böyük əhəmiyyət daşıyır".

Seçilən
91
2
teleqraf.com

3Mənbələr