AZ

Ermənistan öz ərazisi ilə Türkiyədən Azərbaycana və əks istiqamətə yük avtomobillərinin tranzitini təmin etməyə hazırdır - Paşinyan

Bakı. Trend:

Ermənistan öz ərazisi ilə Türkiyədən Azərbaycana və əksistiqamətə yük avtomobillərinin tranzitini təmin etməyəhazırdır.

Trend xəbər verirki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 5-ci Tbilisi İpəkYolu Forumunda çıxışında deyib.

“Biz təkcə siyasi deyil, həm də texniki baxımdan - sözün əslmənasında bu gündən etibarən, heç bir mübaliğəsiz - TürkiyədənAzərbaycana və Azərbaycandan Türkiyəyə yük avtomobillərininErmənistan Respublikası ərazisi vasitəsilə tranzitini təmin etməyəhazırıq. Həm yollar, həm də Ermənistan ərazisindəki sərhədinfrastrukturu bunun üçün hazırdır”, - deyə o qeyd edib.

Paşinyan əlavə edib ki, siyasi baxımdan da Ermənistan NaxçıvanMuxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında özərazisi vasitəsilə tranziti təmin etməyə hazırdır.

“Lakin texniki baxımdan bu istiqamət üzrə hələlik Naxçıvan iləAzərbaycanın əsas hissəsini birləşdirən dəmir yolu xəttinin təmirivə ya yenidən qurulması tələb olunur. Mən əminəm — və siz də bunaəmin ola bilərsiniz — bu texniki məsələlər qarşıdakı iki-üç ilərzində həllini tapacaq. Yaxın perspektivdə həmçinin Azərbaycanınəsas hissəsini Naxçıvanla Ermənistan ərazisi vasitəsilə birləşdirənboru kəmərləri və elektrik ötürmə xətləri, eləcə dəAzərbaycan–Ermənistan–Türkiyə istiqamətində əlaqələr dəyaradılacaq”, - deyə Ermənistan baş naziri qeyd edib.

Seçilən
85
3
az.trend.az

1Mənbələr