AĞDAM, 21 oktyabr. TELEQRAF
Beynəlxalq səyahətçilər Qarabağa səfər çərçivəsində Ağdama gəliblər.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunur.
Səyahətçilər ilk olaraq Ağdam şəhərində Cümə məscidinə baş çəkiblər. Məscidin imamı onlara məscid haqqında məlumat verib.