ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan sammit çərşənbə axşamı təxirə salınıb.
Sitat.info xəbər verir ki, buna səbəb Moskvanın Ukraynada dərhal atəşkəsə razılaşmaması olub və bu, danışıqlara kölgə salıb.
Ağ Evin yüksək rütbəli rəsmisi "Reuters" agentliyinə bildirib ki, prezident Trampın yaxın gələcəkdə Prezident Putinlə görüşməsi ilə bağlı plan yoxdur.
Bu açıqlama ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında "səmərəli bir zəng" baş tutduqdan sonra verilib, lakin onlar şəxsən görüşməməyə qərar veriblər.
Aytac,
Sitat.info
 
                        