Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Nəsrin Abdullazadə 1/4 finalda Esila Yıldırıma (Türkiyə) qalib gəlməklə bu hüquqa yiyələnib.
40 kq-da mübarizə aparan milli üzvü 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.
Abdullazadə finala vəsiqə uğrunda Elliemay Feterstonla (İrlandiya) döyüşəcək. Görüş oktyabrın 23-də olacaq.
Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
Boksçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli olub
Azərbaycan kikboksinqçiləri Dünya Kubokunda uğurla çıxış ediblər
Boksçularımız Avropa çempionatında mübarizə aparacaqlar
Azərbaycan millisi Özbəkistanda hazırlıq keçəcək
İdmançımız Azərbaycan boks tarixinə düşüb