AZ

Naxçıvanda 9 ayda 53 hərrac keçirilib

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən cari ilin ötən doqquz ayında 53 hərrac təşkil olunub.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hərraclarda 8 nəqliyyat vasitəsi, 21 bələdiyyə torpağı, 2 fərdi ev, 8 qeyri-yaşayış sahəsi, 1 mənzil, 2 yer təki və 11 adda xammal və material satılıb.

 

Seçilən
37
azertag.az

1Mənbələr