
HƏMAS təşkilatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları iki israilli məhbusun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib.
Missiya.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, cəsədlər Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç nümayəndələri tərəfindən qəbul olunub və yaxın vaxtlarda İsrail qüvvələrinə təhvil veriləcək.Qeyd edək ki, bu, son günlərdə HƏMAS tərəfindən BQXK-ya təhvil verilən ikinci belə hadisədir.
Seyranə QuliyevaMissiya.Az