Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsində müsbət meyillər müşahidə olunur.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, ilin əvvəlindən bu göstərici 1,8 faiz bəndi azalaraq 29%-ə düşüb.
Xatırladaq ki, 2021-ci ilin sonunda dollarlaşma səviyyəsi 40,6% təşkil edirdi.