Bakı. Trend:
Rabitəyə və dayanıqlı inkişafa investisiya qoyuluşu Gürcüstanınyürütdüyü siyasətə tam uyğun gəlir.
Trend xəbər verirki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidəkeçirilən 5-ci İpək Yolu Forumunun açılış mərasimində bildirib.
“Bu forumun məhz Gürcüstanda keçirilməsi - tarixən Şərq və Qərbsivilizasiyaları arasında birləşdirici körpü rolunu oynamış ölkədəkeçirilməsi simvolikdir. Əsrlər boyu bizim torpaqlarımızdan keçənBöyük İpək Yolu təkcə ticarət marşrutu deyil, həm də mədəniyyətin,ideyaların və tərəqqinin yolu olub”, - deyə Kobaxidze qeydedib.
Baş nazir vurğulayıb ki, forumun mövzusu - “Rabitəyə vədayanıqlı inkişafa investisiyalar” - Gürcüstanın dövlət siyasətinətam uyğun gəlir. “Qlobal dəyişikliklər dövründə, yeni çağırışlar vəimkanlarla üz-üzə qaldığımız bir zamanda, tarixi İpək Yolununstrateji əhəmiyyəti tamamilə yeni məzmun qazanır”, deyə obildirib.
Kobaxidze xüsusilə Gürcüstanın strateji tərəfdaşlarlaəməkdaşlığını və iri infrastruktur layihələrinin - limanların,nəqliyyat dəhlizlərinin, rəqəmsal və enerji magistrallarının həyatakeçirilməsini vurğulayıb. “Bütün bunlar biznes üçün unikal imkanlaryaradır. Bu gün rabitə sadəcə fiziki infrastrukturdan daha çox mənadaşıyır. Rabitə artıq anlayış deyil , o, qlobal inkişafımüəyyənləşdirən reallığa çevrilib”, - deyə baş nazir qeydedib.,
O, həmçinin Tbilisidə keçirilən ilk maliyyə sammitinialqışlayaraq bildirib ki, bu tədbir “paytaxtımızı regionda maliyyəvə texnoloji innovasiyalar mərkəzi kimi mövqeləndirən yeni və mühümmərhələni simvolizə edir”.
“Son on ildə Tbilisi “İpək Yolu” Forumu siyasət və biznesarasında etibarlı körpüyə çevrilib. Burada sonradan real layihələrəçevrilmiş çoxsaylı təşəbbüslər ərsəyə gəlib”, - deyə Kobaxidzeəlavə edib.