AZ

Ayxan Hacızadə TDT-nin üzv və müşahidəçi ölkələrinin xarici diplomatları ilə görüşüb

BAKI, 22 oktyabr. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ADA Universitetinin "Xəzər Hövzəsi Araşdırmaları" proqramı çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinin xarici diplomatları ilə görüşüb.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

A.Hacızadə görüş zamanı Azərbaycanın xarici siyasət prioritetləri, həmçinin Xəzər regionunda siyasət formalaşması və geosiyasət mövzularında interaktiv müzakirə apardıqlarını bildirib.

Seçilən
111
6
teleqraf.com

8Mənbələr