AZ

Çempionlar Liqasında III turun ilk oyun günü

Dünən UEFA Çempionlar Liqası turnirinin liqa mərhələsində III tura start verilib. İlk oyun günündə baş tutan qarşılaşmalarda “Barselona” İspaniyada Yunanıstanın “Olimpiakos” klubuna böyük hesabla qalib gəlib – 6:1. İngiltərənin “Arsenal” klubu öz meydanında İspaniyanın “Atletiko” komandasına, İtaliyanın “İnter”i isə Belçikada “Union”a 4 cavabsız qol vurub.

Fransanın PSJ komandası Almaniyada “Bayer”ə 7:2 hesabı ilə qalib gəlib. Niderlandın PSV futbolçuları  İtaliyanın “Napoli” komandasının oyunçularını 6 dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər–6:0. 

Turun digər oyunlarında “Kayrat” (Qazaxıstan) – “Pafos” (Kipr) – 0:0, “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) – 2:4, “Nyukasl” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 3:0, “Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:2 hesabı qeydə alınıb.

Xatıqladaq ki, bu mərhələdə Azərbaycan təmsilçisi Ağdamın “Qarabağ” komandası bu gün Bakı vaxtı ilə saat 20:45-də İspaniyanın “Atletik” (Bilbao) komandasına qarşı keçirəcək.

Qabil Yusifoğlu
XQ

Seçilən
24
2
xalqqazeti.az

3Mənbələr