AZ

ABŞ dövlət katibi sabah İsrailə səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio oktyabrın 23-də İsrailə səfər edəcək.

Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat yayıb.

Onun sözlərinə görə, səfər bu gün rəsmi olaraq elan ediləcək və Vaşinqtonun Qəzzada atəşkəs planının uğurla həyata keçirilməsinə dəstək olacaq.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də hazırda İsraildə səfərdədir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
90
missiya.az

1Mənbələr