AZ

“Vilyarreal” - "Barselona" oyunu ABŞ-da keçirilməyəcək

Bakı, 22 oktyabr, AZƏRTAC

İspaniya çempionatının “Vilyarreal” – “Barselona” qarşılaşmasının Mayamidə keçirilməyəcəyi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə La Liqanın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, son həftələrdə İspaniyada yaranmış qeyri-müəyyənlik səbəbindən təşkilatçılarla aparılan danışıqlardan sonra matçın ləğvinə qərar verilib.

“Bu layihə İspaniya futbolunun beynəlxalq miqyasda genişlənməsi üçün tarixi və misilsiz imkan idi. Oyun ölkə xaricində keçiriləcəyi təqdirdə, bu addım turnirin qlobal inkişafında, klubların beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsində və ABŞ kimi strateji bazarda İspaniya futbolunun tanınmasında mühüm rol oynaya bilərdi”, - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, görüşün dekabrın 20-də, “Hard Rok” stadionunda keçirilməsi planlaşdırılırdı.

Seçilən
83
azertag.az

1Mənbələr