NBA 2 oyunla start götürüb.

Offsideplus.az xəbər verir ki, gecənin ilk oyununda son çempion Oklahoma City Thunder və Houston Rockets üz-üzə gəlib.

Görüşdə qalibi overtaym müəyyənləşdirib. Ev sahibləri bir xalla rəqibində üstün olub - 125:124 (27-30, 24-27, 24-22, 29-25, 21-20).

MVP Shai Gilgeous-Alexander 35 xalla görüşün ən məhsuldar oyunçusu olmağı bacarıb.

Los Angeles Lakers isə Golden State Warriors ilə bacarmayıb - 109:119 (22-28, 32-27, 25-35, 30-29).

Luka Doncic 42 xal atsa da, bu komandasına qələbə gətirməyib.