AZ

Taleh Kazımov: Valyuta hərraclarında ortalama tələb 45-50 mln. dollardır

Azərbaycanda valyuta bazarında təklif tələbi üstələyir. Son valyuta hərraclarında bir hərrac üzrə 70 milyon dollar həcmində sifariş olur.

APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, bir hərrac üzrə valyuta satışı ortalama 45-50 milyon dollar həcmindədir.

AMB sədri əlavə edib ki, Azərbaycan manatına inam yüksəkdir. Bunu əmanətlərin dollarlaşma səviyyəsi də göstərir. Hazırda bu rəqəm 29% civarındadır. Mərkəzi Bankın hədəfi əmanətlərin dollarlaşmasını 20-25%-ə endirməkdir.

Seçilən
18
2
apa.az

2Mənbələr