AZ

Türkiyəli bloqer Qurban Qurbanova sürpriz etdi - VİDEO

Ötən gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Atletik Bilbao" ilə oyunöncəsi mətbuat konfransından sonra maraqlı anlar yaşanıb.

Fanat.Az xəbər verir ki, Türkiyənin idman səhifəsi “Zspor”un bloqeri Recep Kaya Qurban Qurbanova sürpriz edib.

O, Ağdam təmsilçisi üçün dəstək videoçarxı hazırlayıb. Belə ki, sözügedən videoçarxda İngiltərə, İran, Qazaxıstan, Almaniya, Türkmənistan, Belçika və Türkiyənin bir sıra şəhərlərindən insanlar “Qarabağ”a inandıqlarını və dəstək olduqlarını bildiriblər. 

Qurban Qurbanov videonu izləyərkən təsirlənib. Bloqer isə paylaşıma bu sözləri yazıb: “Qurban hocanı “Atletik” matçından əvvəl duyğulandırdıq”.

 

Qeyd edək ki, “Qarabağ” - “Atletik” görüşü bu gün "San Mames" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Seçilən
62
fanat.az

1Mənbələr