AZ

Rəvan Həsənov: “Multikulturalizm” fənni 27 xarici universitetdə tədris olunur

BAKI, 22 oktyabr. TELEQRAF

"Azərbaycanda özünəməxsus tolerantlıq modeli formalaşıb".

Teleqraf xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumda səsləndirib.

O qeyd edib ki, bu mövzuda İlahiyyat İnstitutu tərəfindən mütəmadi və sistemli müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır.

“İstənilən dəyişiklik ictimai sifarişdən doğur. Yaşadığımız dünyanın tələblərini düzgün təhlil etməliyik. Dini təhsildə yalnız rituallarımı,səmavi dinlərin mətnlərinimi əhatə etməlidir? Bunlar barədə müzakirə aparılmalıdır. Necə ki, dünyəvi təhsil yenilənir, eyni ilə dini təhsildə də dəyişiklik zəruridir”, - o bildirib.

Rəvan Həsənov əlavə edib ki, Prezidentin 2015-ci ildə verdiyi tapşırıqla “Multikulturalizm” fənni ali təhsil müəssisələrində tədris olunmağa başlanıb və Elm və Təhsil Nazirliyi tərəfindən bu, uğurla həyata keçirilib:

“O dövrdə bu fənnin uğur qazanacağına şübhə ilə yanaşanlar vardı. Ancaq bu gün artıq 27 xarici universitetdə həmin fənn tədris olunur”.

Seçilən
79
teleqraf.com

1Mənbələr