Yay transfer dönəmində “Fənərbaxça”ya qoşulan kolumbiyalı futbolçu Xon Duran “Benfika” ilə keçirilən oyunda zədələndikdən sonra uzun müddətdir komandadan uzaq qalıb.
İdmanxeber.az-ın məlumatına görə, avqustun 27-dən bəri meydana çıxmayan Duranla bağlı sevindirici xəbər var. İstanbul klubu gənc oyunçunu “Ştutqart”la qarşılaşmanın heyətinə daxil etməyi planlaşdırır.
Bununla belə, texniki heyətin tam hazır olmayan futbolçuya oyun zamanı şans vermək məsələsində ehtiyatlı davranacağı gözlənilir.