AZ

İlkin tibbi-sanitariya yardımının təşkili və göstərilməsi haqqında metodoloji sənəd təqdim edilib

Bakı. Trend:

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgətəşəbbüsü ilə həyata keçirilən islahatların növbəti mərhələsi kimiBərdə Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in tabeliyindəki tibbmüəssisələrində ilkin tibbi-sanitariya yardımının təşkili vəgöstərilməsi haqqında hazırlanmış metodoloji sənədin təqdimatıkeçirilib.

Trendxəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, tədbir TƏBİB-in Müşahidə Şurasının 21 iyul2025-ci il tarixli qərarı ilə təsdiq olunmuş “İlkinTibbi-Sanitariya Yardımının Təkmilləşdirilməsi üzrə KonsepsiyaSənədi” və Bərdə rayonu üzrə pilot layihə çərçivəsində nəzərdətutulan tədbirlər planına uyğun olaraq təşkil olunub.

Təqdimat mərasimində Bərdə rayonu və ətraf regionların ilkintibbi-sanitariya yardımı üzrə məsul şəxsləri, müvafiq sahədəfəaliyyət göstərən həkim-mütəxəssislər və tibb müəssisələrininrəhbərləri iştirak edib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədovtədbirin açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətinivurğulayıb, həmçinin ilkin tibbi-sanitariya yardımınıntəkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlarınregionlar üçün rolundan bəhs edib.

TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova ilkintibbi-sanitariya yardımı ilə bağlı münasibətlərin hüquqi müstəvidətənzimlənməsinin əhəmiyyəti barədə məlumat verib. A.Hüseynovametodiki sənədin hazırlanması zamanı mövcud normativ sənədlərə,yerli və beynəlxalq təcrübəyə əsaslanıldığını bildirib.

TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri RəşadÇobanlı müvafiq sahə üzrə aparılmış islahatlar və əldə olunmuşnəticələr barədə çıxış edib.

Təlimat sənədi TƏBİB-in Hüquq departamentinin Korporativ hüquqşöbəsinin baş məsləhətçisi Gülnar Hacıyeva tərəfindən təqdimolunub. O, ilkin tibbi-sanitariya yardımının təşkili vəgöstərilməsi ilə bağlı qanunvericiliyin tələbləri, ilkintibbi-sanitariya yardımı üzrə fəaliyyətin həyata keçirilməsindətibb müəssisələrinin rolu, müvafiq sahəyə nəzarət və hesabatlılıqmexanizmləri, habelə xidmət keyfiyyətinin artırılması məqsədilənəzərdə tutulan müasir yanaşmalar barədə məlumat verib.

Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılarınpraktikada qarşılaşdığı suallar cavablandırılıb.

Qeyd edək ki, sənəd TƏBİB-in tabeliyindəki ilkintibbi-sanitariya yardımı göstərən müəssisələrin işçiləri üçünistiqamətverici xarakter daşıyır. Təlimat sənədinin tətbiqi ilkinsəhiyyə xidmətlərinin daha səmərəli təşkili və əhalinin tibbixidmətlərə daha əlçatan şəkildə çıxışının təmin olunması baxımındanmühüm addım kimi dəyərləndirilir.

Məqalədə:
Seçilən
57
az.trend.az

1Mənbələr