AZ

Gürcüstan baş naziri həyata keçirilən regional əhəmiyyətli layihələrdən danışıb

Bakı. Trend:

Gürcüstan Avropa ilə Asiyanın, Şərqlə Qərbin birləşməsindəstrateji rol oynayır.

Trend xəbər verirki, bunu Gürcüstanın baş naziri İrakliy Kobaxidze Tbilisidəkeçirilən 5-ci İpək Yolu Forumunda çıxışında deyib.

“Gücüstan Qara dənizi Xəzər dənizi ilə birləşdirir və biz buistiqamətdə ölkəmizin potensialını tam olaraq gerçəkləşdirmək üçünbütün lazımı səyləri göstəririk”, - deyə Kobaxidze vurğulayıb.

Baş nazir son onillikdə əldə olunan mühüm irəliləyişləri də qeydedib.

“2023-cü ildə ölkəmiz vasitəsilə həyata keçirilən tranzitdaşımalarının həcmi əvvəlki illə müqayisədə 15 faiz artıb. Enerjiəlaqələrinə gəldikdə isə, Xəzər regionundan Qərb istiqamətindəGürcüstan üzərindən 12 milyard kubmetrdən çox təbii qaz nəqlolunur. Bu göstəricilər təkcə Gürcüstanın iqtisadi artımına töhfəvermir, həm də dünyanın müxtəlif ölkələri arasında iqtisadiəlaqələrin möhkəmlənməsinə xidmət edir”, - deyə o bildirib.

Kobaxidze həmçinin, Gürcüstanın regional enerji və rəqəmsalmərkəzə çevrilmək niyyətini vurğulayıb. “Əsas layihələrdən biriQara dənizin dibi ilə çəkilən kabeldir. Bu layihənitərəfdaşlarımızla birgə həyata keçiririk. Layihə Gürcüstanıntranzit qovşağı kimi rolunu daha da möhkəmləndirəcək”, - deyəgürcüstanlı baş nazir qeyd edib.

Baş nazir qonşu ölkələrlə və strateji tərəfdaşlarla əməkdaşlığınvacibliyinə də diqqət çəkib.

“Biz siyasi və strateji baxımdan Azərbaycan, Türkiyə vəErmənistanla əməkdaşlıq edirik və bu əlaqələri inkişaf etdirməkdəqərarlıyıq. Mərkəzi Asiya da bizim prioritetlərimiz sırasındadır vəbiz ticarət, nəqliyyat və digər əməkdaşlıq sahələrində həminregiondakı bütün ölkələrlə əlaqələr qurmağa çalışırıq”,- deyəKobaxidze qeyd edib.

Məqalədə:
Seçilən
78
az.trend.az

1Mənbələr