"Absheron Lions" bu gün FIBA Avropa Kubokundan növbəti çıxacaq.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz Bakı İdman Sarayında "Trefl"ı (Polşa) qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
"Absheron Lions" qrupun ilk oyununda məğlub olmuşdu. "Trefl" isə "Neftçi"ni məğlub etmişdi.
Qeyd edək ki, qrupun digər matçı dünən baş tutub. "Neftçi" "Kalev" üzərində qələbə qazanıb.
FIBA Avropa Kuboku, I qrupu 2-ci tur
22 oktyabr (çərşənbə)
19:00 "Abşeron Lions" - "Trefl" (Polşa)
1. Kalev - 3 xal, 2. Neftçi - 3 xal, 3. Trefl - 2 xal, 4. Absheron Lions - 1 xal.