AZ

İki qadını maşın vurdu - Ölən var

11:56 22.10.2025
11:56 22.10.2025

Mingəçevirdə avtomobil iki piyadanı vurub.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki hadisə şəhər ərazisində baş verib.

Şəhər sakini, 1962-ci il təvəllüdlü Elşən Nazim oğlu Həmzəyev özünə məxsus VAZ-2106 markalı avtomobil ilə hərəkətdə olan zaman yolu keçən piyada 1958-ci təvəllüdlü Firəngiz İlyas qızı Əhmədova və 1956-ci il təvəllüdlü Zöhrə Vahıd qızı İsmayılovanı vurub.

Nəticədə F.Əhmədova aldığı xəsarətlərdən ölüb, Z.İsmayılova isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Seçilən
111
3
mynews.az

4Mənbələr