AZ

Kobaxidze: Azərbaycan və Ermənistan Gürcüstanın strateji tərəfdaşıdır

BAKI, 22 oktyabr. TELEQRAF

“Azərbaycan və Ermənistan Gürcüstanın strateji tərəfdaşlarıdır, bu əlaqələri mümkün qədər gücləndirməyə çalışırıq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışında bildirib.

Baş nazir qeyd edib ki, Gürcüstan qonşu ölkələr üçün etibarlı tərəfdaşdır.

“Sülh regionda iqtisadi inkişaf və tərəqqinin açarıdır. Gürcüstanın siyasəti regionda sülhə, əməkdaşlığa və tərəfdaşlığa yönəlib”, - o vurğulayıb.

İrkli Kobaxidze regionda həyata keçirilən layihələrin əhəmiyyətindən də danışıb:

“Orta Dəhliz layihəsi bütün iştirakçı ölkələr üçün böyük əhəmiyyət kəsb edir və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi Gürcüstanın tranzit funksiyasını gücləndirəcək”.

Seçilən
29
teleqraf.com

1Mənbələr