AZ

Qarabaşaq sevirsiniz?

Qarabaşaq

Qarabaşaq sevirsiniz? Bu reseptlə hər qaşığına vurulacaqsınız!Bir çox insan qarabaşağın bişmədiyini, dadının alınmadığını düşünür. Amma bu reseptlə fikriniz dəyişəcək! Yüngül, qidalandırıcı və çox dadlı bir yemək – üstəlik hazırlanması da çox asandır.Tərkibi:• 1 stəkan qarabaşaq • 1 ədəd kök • 1 baş soğan • 1 pomidor • 2 x.q. duru yağ • Duz, istiot – zövqə görə Hazırlanması:1. Soğanı doğrayıb yağda qovurun. 2. Üzərinə rəndələnmiş kök və doğranmış pomidoru əlavə edib bişirin. 3. Yaxşıca yuyulmuş qarabaşaqı əlavə edin, qarışdırın. 4. Üzərinə çıxacaq qədər qaynar su əlavə edib vam odda bişirin. 5. Suyunu çəkdikdə ocağı söndürün, qapağını örtüb bir neçə dəqiqə dəmə qoyun.Qarabaşaq həm vitaminlərlə zəngindir, həm də tox saxlayan, enerjili bir qidadır Yanında pendir və ayranla birlikdə – tam ev yeməyi dadı! 📩 Öz reseptlərinizi "[email protected]" ünvanına göndərin, Ulusum.az resept rubrikasında sizin də mətbəx sirriniz yayımlansın! Dad paylaşdıqca gözəldir.

Diqqət Çəkənlər

Göz problemləri vaxtında aşkarlanmasa, gec ola bilər - Göz Sağlamlığı Gecikməni Bağışlamır

Rənglərin Qardaşlığı Daşkənddə Birləşdi – Ulusum.az Sənətin Diplomatiyasını Yaradır

BDU-da “Peşəkar Gələcəyə Doğru Körpü” Karyera Sərgisi Keçirildi

Seçilən
62
ulusum.az

1Mənbələr