AZ

İş adamı İlham Qədimbəylinin həbsdə olan Adnan Əhmədzadə ilə işbirliyi...


“Sədərək Yusif” Qədimbəyli kimi tanınan sahibkarın qardaşı  Ənvər  Qədimbəylinin  oğlu   İlham Qədimbəylinin adı müxtəlif  qalmaqallarda hallanır.

İham Qədimbəylinin  adı  mediada  bir müddət  əvvəl  “TikTok” sosial şəbəkəsində özünü “Fidan” kimi təqdim edən Çinarə Quliyevaya  silahla hədə-qorxu  gəlməkdə  və s  hallanırdı.

Keçən ay isə  İlham Qədimbəylinin və onun mühafizəçisi  Rövşən  Hüseynovun  adı  bir  cinayət  işində  hallanırdı, hətta onların  polis tərəfindən saxlanıldığı bildirilirdi.

Həmin məlumatlarda Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə külli miqdarda tələb etmə) üzrə istintaqın aparıldığı qeyd olunmuşdu.

Bir  sözlə, iş adamı  İlham Qədimbəylinin adı medianın  gündəmindən düşmür.

İlham Qədimbəyli  barəsində NUH.az-a  daxil olan məlumatda  onun hal-hazırda  Dubayda ərəbəsilli   biznesmen  Saeed  Al Qubaisi ilə ortaq  biznesindən  bəhs  edilir.

İlham Qədimbəyli və  Saeed Al Qubaisi  cütlüyünün  “GMZ  RENTAL CAR”  şirkəti  vasitəsilə çirkli pulların yuyulması,  İlham Qədimbəylinin  həbsdə olan Adnan Əhmədzadə  ilə  biznes   əlaqələri barədə  daxil olan məlumatları  dəqiqləşdirməyə çalışırıq.

İlham Qədimbəyli  ilə biznes ortağı  Saeed Al Qubaisi  arasında  nə baş  verir ?

Qarşı tərəfin  fikirlərini dinləməyə  hazırıq.

 

NUH.az  

 


Seçilən
18
nuh.az

1Mənbələr