AZ

Nazir müavini: “Bakıda erməni kilsəsi qorunur, amma Qərbi Azərbaycanda məscidlərimiz dağıdılıb”

“Gənclərin dinlər haqqında məlumatlı olması onların gələcəkdə dinlərə qarşı hörmətinin formalaşmasına xidmət edir”.

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Nazir müavini eyni zamanda Kiş kəndindəki Alban məbədinin əsrlər boyu qorunub saxlanıldığını diqqətə çatdırıb:

"Bakının ən gözəl yerində erməni kilsəsi qorunub saxlanır. Halbuki Qərbi Azərbaycanda, işğal altında olmuş ərazilərimizdə məscidlərimiz darmadağın edilib".

Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
148
1
bizim.media

2Mənbələr