2024-2025-ci illər üzrə neçə təqaüdçü xaricdə təhsil alıb? — RƏSMİ AÇIQLAMA
2024–2025-ci illər üzrə “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində xaricdə təhsil alan təqaüdçülərin sayı açıqlanıb.
Demokrat.az xəbər verir ki, mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bu barədə jurnalistlərə məlumat verib.
Məlumata görə, proqram çərçivəsində ümumilikdə 44 təqaüdçü xaricdə təhsil alır. Onlardan 19 nəfəri bakalavr, 25 nəfəri isə magistratura pilləsi üzrə təhsil alır.
Cavidan Mirzəzadə
Demokrat.az