ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.
Qeyd edək ki, oktyabrın 24-də Yaqub Eyyubovun 80 yaşı tamam olacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.