İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian özünün Telegram kanalında atası ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Yusif Pezeşkian yazıb ki, atası ölkədə mövcud olan çatışmazlıqları və problemlərini səmimiyyətlə etiraf edir və islahat yolunun buradan başlayır.
Onun sözlərinə görə, prezidentin gələcək üçün planı, vizyonu və ümidi var, lakin onun ideyaları cəmiyyət tərəfindən düzgün anlaşılmır.
"Prezidentin intellektual paradiqması onu tənqid edənlərin fikirlərindən fərqlənir. Problemlərin həlli hökumətin, parlamentin, məhkəmənin, dini qurumların, xalqın birgə fəaliyyətini tələb edir. Köhnə üsulları təkrarlamaqla yeni nəticələr gözləmək olmaz. Bəzən hər şeyi hərəkətə gətirmək üçün sistemi silkələmək lazımdır", - o yazıb.
Musavat.com