AZ

Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (ITF) iclasları keçirilir (FOTO)

Bakı. Trend:

Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (ITF) 4-cü rüblükiclasları keçirilir. 4 günlük toplantı çərçivəsində TədqiqatKomitəsinin iclasları təşkil edilib. İclaslarda 42 üzv ölkə təmsilolunub ki, bu da Komitənin tarixində ən yüksək göstəricidir.

Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxışındaAzərbaycanın toplantıya ev sahibliyini yüksək qiymətləndirib. Başkatib ITF-in fəaliyyətinə dair hesabat təqdim edib, həyatakeçirilən proqramlar, araşdırmalar və beynəlxalq əməkdaşlıqistiqamətləri barədə məlumat verib.

Daha sonra iştirakçılar 2024 – 2025-ci illər üzrə görülən işləriqiymətləndiriblər. Azərbaycan tərəfi ITF-in hesabatının ölkələrüçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Həmçinin 2026 – 2027-ci illər üçün Tədqiqat Komitəsinin İşProqramının layihəsi müzakirə olunub. Üzv ölkələr gələcək tədqiqatistiqamətləri üzrə fikir mübadiləsi aparıblar və prioritetsahələrin müəyyənləşdirilməsinə dair təkliflər səsləndiriblər. İşProqramında Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentlikdövrü üçün beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılmasıvə şəhər nəqliyyatının inkişafına dair iki tövsiyə təqdimolunur.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Seçilən
129
6
az.trend.az

8Mənbələr