Bakı, 22 oktyabr, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) yeni mövsümə start verilib.
AZƏRTAC xəbər verir ki, açılış matçında son çempion "Oklahoma Siti Tander" doğma meydanda "Hyuston Rokets"i qəbul edib. Görüş ev sahiblərinin 125:124 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın bombardiri 35 xalla kanadalı müdafiəçi Şay Gilqeus-Aleksandr olub.
Qonaqların heyətində türkiyəli Alpərən Şəngün 39 xal, 11 ribaundla dabl-dabl edib.
Günün ikinci qarşılaşmasında isə “Los-Anceles Leykers” öz meydadında "Qolden Steyt"ə 109:119 hesabı ilə məğlub olub. Los-Anceles təmsilçisinin ən məhsuldar oyunçusu 31 xalla Cimmi Batler olub. "Qolden Steyt"də isə sloveniyalı Luka Donçiç 43 xal və 13 ribaundla dabl-dabla imza atıb.