Çin materik Tayvanı separatçı elementlərdən təmizləyəcək.
Busaat.az xəbər verir ki, bunu Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin sözçüsü Çju Fenqlian ABŞ prezidenti Donald Trampın Çinin adanı güc yolu ilə almaq istəməməsi ilə bağlı sözlərini şərh edərkən deyib.
“Biz dinc birləşmə üçün geniş məkan yaratmağa, maksimum səmimiyyət göstərməyə və sülh yolu ilə birləşmə perspektivinə nail olmaq üçün hər cür səy göstərməyə hazırıq.
Eyni zamanda, biz Tayvanın müstəqilliyi tərəfdarlarının hər hansı formada separatçı fəaliyyətinə qətiyyən yer qoymayacağıq”,-o, Amerika liderinin sözlərini şərh edərkən vurğulayıb.
Rəsmi nümayəndə xatırladıb ki, Tayvan məsələsinin həlli yalnız Çin xalqının daxili işidir.
O, aydınlaşdırıb ki, adanın hakim Demokratik Tərəqqi Partiyasının təxribatçı hərəkətləri və özünü materik Çindən ayırmaq üçün xarici qüvvələrə güvənmək cəhdləri Tayvan boğazında sülh və sabitliyə ən böyük təhlükədir.
Yeganə