BAKI, 22 oktyabr. TELEQRAF
Son 30 ildə dövlətimizin büdcəsi təxminən 50 dəfə artıb. Bu, çox maraqlı rəqəmdir. 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatı 3.8 dəfə, o cümlədən qeyri-neft sektoru 3.7 dəfə artıb. 2003-cü ildə yoxsulluq səviyyəsi 44,7%, işsizlik səviyyəsi 9.2% təşkil etdiyi halda, 2024-cü ildə həm yoxsulluq, həm də işsizlik səviyyəsi 5.3%-ə düşüb.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusuna həsr edilən konfransında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
O qeyd edib ki, 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatına 344.4 milyard dollar sərmayə qoyulub: “Onun da 213.2 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Bu investisiyalar Azərbaycana xarici investorların, beynəlxalq tərəfdaşların etimadının və ölkədəki sabitliyin göstəricidir”.