AZ

Tramp və Putinin görüşü vaxtı hələ müəyyən deyil

Orban: Hazırlıqlar davam edir, görüş vaxtı gələndə keçiriləcək..

Poliqon xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban ABŞRusiya liderləri Donald Tramp və Vladimir Putinin görüşünə dair açıqlama verib. Onun sözlərinə görə, görüşün təşkili istiqamətində işlər davam edir, lakin hələ dəqiq tarix müəyyən edilməyib.

Orban bildirib ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto hazırda Vaşinqtonda səfərdədir və bu məsələ ilə bağlı danışıqlar aparır. “Hazırlıqlar davam edir. Görüşün tarixi hələlik müəyyən olunmayıb. Vaxtı gələndə biz onu keçirəcəyik”, – deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, Tramp və Putin arasında planlaşdırılan bu görüş Budapeştdə baş tuta bilər. Tərəflərin əsas məqsədi Ukrayna müharibəsi və Qərb-Rusiya münasibətlərinin gələcəyi ilə bağlı danışıqları davam etdirməkdir.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr