Onkoloji xəstəliklər tam sağalma qabiliyyətinə MALİKDİR
Ajans.az xəbər verir ki, verilişin budəfəki mövzusu onkoloji xəstəliklər olub. Mövzu ilə bağlı qonaq qismində Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli iştirak edib. Azad Kərimli bildirib ki, onkologiya dedikdə insanlar qorxurlar. O vurğulayıb ki, onkoloji xəstəliyin yaranma səbəbi dünyada bəlli deyil. Ancaq bu o demək deyil ki, bu xəstəliyin diaqnozu təsdiq olunubsa, başqa bir istiqamətə yönəltmək lazımdır. Onkoloji xəstəliklər də digər xəstəliklər kimi tam sağalma qabiliyyətinə malik olan xəstəlikdir. Onkologiya təbabətin xüsusi bir bölməsidir. Baş həkimin sözlərinə görə, toxumaların, hüceyrəvi elementlərin sürətlə çoxalması ilə xarakterizə olunan və orqanizmin təmizləyici mexanizmlərinin təsiri ilə məhdudlaşmayan patoloji prosesdir.
Ətraflı videoda: