Parisli məşhur rəssamlar onun portretini çəkib, onun təsviri olan afişalar isə "Art Nouveau" sənətinin simvoluna çevrilib. Lakin onu əsl ulduza çevirən fotoşəkilləri olub.
O dövrdə gözəllik anlayışı bugünkündən çox fərqli olub.
Sara Bernar öz dövrünün ilk “influenser”lərindən biri sayıla bilər.O, "Art Nouveau" tərzində zinət əşyaları taxan ilk qadınlardan biri olub və bu, Parisdə yeni dəb formalaşdırıb.
Onun nüfuzuna görə zadəgan qadınlar və ziyalılar da Lalikinhazırladığı bu zərgərlik üslubuna keçərək sərbəst parça və aksessuarlar taxmağa başlayıblar. 1900-cü ildə Paris sərgisi bu yeni tərzi bütün dünyaya yayıb.
"Art Nouveau"dan əvvəlki dövrdə qadınların bədənini göstərmək, demək olar ki, qadağan olunub. Amma bu yeni dövr qadınlara daha çox şəxsi azadlıq gətirib.
Sənətdə qadın bədəni, dalğalı saçlar, təbiilik və qadın bədəninin gözəlliyi ön plana çıxıb.
Sara Bernar zəif bədən quruluşlu olub, xəstə uşaqlıq keçirib və əvvəlcə rahibə olmaq istəyib.
Ancaq anasının sevgililərindən biri – III Napoleonun qardaşı Duke de Mornionun aktrisa olmasına qərar verib və 16 yaşında onu Paris Konservatoriyasına təhsil üçün göndərib.
Tezliklə Sara Fransa teatrının ulduzuna çevrilib, sonra isə Cənubi Amerika, Avstraliya və ABŞ-da qastrol səfərlərinə çıxaraq beynəlxalq arenada şöhrət qazanıb.
O dövrdə Parisdə teatr əsas mədəni hadisə idi - hər ay milyonlarla insan tamaşalara baxırdı. Bir çox tənqidçilər onu “bütün dövrlərin ən böyük aktrisası” adlandırıb. Sara həm də öz pyeslərini yazıb.
XX əsrin əvvəllərində Bernar kinoda da çəkilməyə başlayıb. O, “Hamlet” (1900) və “La Tosca” (1908) kimi ilk səssiz filmlərdə rol alıb.
1905-ci ildə Amerikaya vida səfərinə çıxarkən “La Tosca” tamaşası zamanı Rio-de-Janeyroda dizindən ağır zədə alıb. Ağrılara baxmayaraq, səhnədən ayrılmayıb.
71 yaşında isə vəziyyəti ağırlaşdığı üçün ayağı amputasiya olunub.
Sara Bernar 26 mart 1923-cü ildə böyrək çatışmazlığından vəfat edib.
Onun dəfn mərasimi zamanı Paris küçələri insanlarla dolub.