AZ

Taleh Kazımov: Evlərin qiyməti 10,9% artıb

BAKI, 22 oktyabr. TELEQRAF

"Bu ildən etibarən mənzil bazarındakı qiymətlər Mərkəzi Bank tərəfindən təhlil olunur və nəzarət edilir. Hazırda bazarda 10,9%-lik qiymət artımı müşahidə edilir."

Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

"Mərkəzi Bankın mövqeyinə görə, bu artım əsasən tələb faktorunun güclənməsi ilə bağlıdır. Eyni zamanda, qiymətlərə təsir edən əsas amillərdən biri də xərclərdir. İpoteka portfelinin genişləndirilməsi məqsədilə bir sıra daxili təşəbbüslər həyata keçirilir. Məqsəd əhalinin mənzil əldə etməsi üçün əlavə hər hansısa məhsullarının yaradılmasıdır. Biz ipoteka portfelinin genişlənməsinin istəyirik. Bu, həm sosial, həm də iqtisadi inkişaf baxımından bizim üçün önəmlidir. ”, – deyə bank sədri qeyd edib.

Seçilən
92
teleqraf.com

1Mənbələr