AZ

“Qarabağ”ın rəqibi güclənir

“Napoli” müdafiə xəttini gücləndirmək niyyətindədir.

İdmanxeber.az xəbər verir ki, A Seriyası təmsilçisi “Barselona”nın oyunçusu Ronald Arauxonu transfer etmək istəyir. Neapollular 26 yaşlı uruqvaylı müdafiəçinin keçidini qış transfer pəncərəsində reallaşdırmağı planlaşdırır.

Məlumata görə, “Napoli” və “Barselona” arasında danışıqlar artıq başlayıb. Arauxonun özü də İtaliya klubuna keçidə müsbət yanaşır.

Qeyd edək ki, Arauxo 2018-ci ildə “Boston River”dən “Barselona”ya transfer olunub. Onun kataloniyalılarla müqaviləsi 2031-ci ilin 30 iyununa qədər qüvvədədir.

 

Seçilən
80
idmanxeber.az

1Mənbələr