AZ

Yeni Zelandiya Yaponiyadan “Moqami” sinifli freqat almaqda maraqlıdır

Yeni Zelandiya Kral Hərbi Dəniz Qüvvələrinin baş komandanı, kontr-admiral Qarin Qoldinq Yaponiyanın müdafiə naziri Qen Nakatani ilə görüşüb.  Kontr-admiral Yaponiyanın “Moqami” sinifli freqatının (Yeni FFM) təkmilləşdirilmiş versiyasının silahlanmaya qəbul olunmasında maraqlı olduqlarını bildirib.

Herbiand.az bildirir ki, Qoldinq Çinin artan dəniz iddialılığından narahatlığını ifadə edib və Yaponiya ilə daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb.

Nakatani də öz növbəsində, Yeni Zelandiyanı son dərəcə mühüm tərəfdaş adlandırıb və müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduğunu bildirib.

Yeni Zelandiyanın Kral Hərbi Dəniz Qüvvələri hazırda 1990-cı illərdə istismara verilmiş “Anzak” sinifli iki freqat istifadə edir. Hazırda onları əvəz etmək üçün yeni gəmilər almağı planlaşdırır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
65
herbiand.az

1Mənbələr