AZ

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 3 dəfəyədək artıb

Azərbaycan və Qazaxıstanın iqtisadi əlaqələri son illərdə daha da genişlənərək yeni əməkdaşlıq istiqamətlərini əhatə edib. İki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 3 dəfəyədək artaraq 2025-ci ilin yanvar-sentyabr aylarında 568 milyon ABŞ dollarına çatıb.

Bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib.

Qeyd edək ki, Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq” mövzusunda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib.

Seçilən
70
marja.az

1Mənbələr