AZ

Keçmiş prezidentə bəraət verildi – Kolumbiyada

Boqota Ali Məhkəməsi əvvəllər prosessual fırıldaqçılıqda və şahidləri almaqda təqsirli bilinən Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribeyə bəraət verib.

NOCOMMENT.az bu barədə “Azadlıq Radiosu”na istinadən xəbər verir.

Məlumata görə, keçmiş president avqust ayında bu cinayətlərə görə 12 il ev dustlaqlığına məhkum edilmişdi. Siyasətçi günahsız olduğunu iddia edib.

Uribe 2002-ci ildən 2010-cu ilədək Kolumbiyanın prezidenti vəzifəsində çalışıb, sonra prezidentliyə iki qalibin namizədliyini irəli sürüb.

Məhkəmə prosesi onun hərbiləşdirilmiş qruplarla əlaqəsinə dair ittihamlarla bağlı olub. Məhkəmə bu əlaqələrin olub-olmadığınal baxmayıb, sadəcə Uribenin şahidlərə müxtəlif təzyiqlər vasitəsilə bu faktı gizlətməyə cəhd edib-etmədiyini araşdırıb.

Prezidentin müdafiəsi 13 il ərzində məhkəmədən yayına bilib. İşə baxılması altı ay çəkib. Apellyasiya şikayətinə üç ay ərzində üç hakimdən ibarət kollegiya baxıb.

Bütün bunlar seçkiqabağı dövrdə baş verir. 2026-cı ildə ölkədə parlament və prezident seçkiləri keçiriləcək.

Xatirə SADIQ

Seçilən
50
nocomment.az

1Mənbələr