AZ

Türkmənistan və Rusiya spikerləri əməkdaşlıq sazişi imzaladı

BAKI, 22 oktyabr. TELEQRAF

Türkmənistan Milli Məclisinin sədri Dünyagözəl Gülmanova Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər parlamentlərarası əməkdaşlığın inkişafı, Türkmənistan nümayəndə heyətinin MDB Parlament Assambleyasında iştirakı, beynəlxalq hüquq sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Parlament diplomatiyasının gücləndirilməsi, müvafiq komitələrin işi, gənc və qadın deputatların iştirakının genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Görüşün yekununda Türkmənistan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyan əməkdaşlıq sazişi imzalanıb.

Seçilən
24
teleqraf.com

1Mənbələr