AZ

Aqil Şirinov: Mədrəsə təhsili qruplar haqqında yetərincə informasiya vermir

BAKI, 22 oktyabr. TELEQRAF

“Radikalizmin birbaşa mənbəyi mədrəsə təhsili olmasa da, bu sahədə ciddi boşluqlar var.Mədrəsə təhsili İslam dünyasında qruplar haqqında yetərincə informasiya vermir".

Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumda səsləndirib.

O qeyd edib ki, müasir dünyada radikal qruplar yanlış verilən dini təhsildən bəslənir

"Mədrəsə təhsil sistemi orta əsrlərdəki formatda qalaraq müasir dövrün reallıqlarını nəzərə almır. Halbuki, indiki dövrün sosial və siyasi kontekstləri tamamilə fərqlidir. Bu da yanlış dini şərhlərin yayılmasına və radikal düşüncələrin formalaşmasına şərait yaradır”.

Seçilən
81
teleqraf.com

1Mənbələr