AZ

Luvr muzeyi yenidən AÇILDI

Fransada Luvr muzeyi soyğundan üç gün sonra yenidən ictimaiyyətə açılıb.

Busaat.az xəbər verir ki, bu barədə “LCI” məlumat yayıb.

Bununla belə, zinət əşyalarının oğurlandığı Apollon Qalereyası ziyarətçilər üçün bağlı olaraq qalır. Muzeydən oğurluq hadisəsi oktyabrın 19-da baş verib. Fransa daxili işlər naziri Loran Nunesin sözlərinə görə, bir qrup cinayətkar Luvr muzeyinə daxil olaraq nərdivanlı yük maşını və şüşə kəsəndən istifadə edərək 7 dəqiqə ərzində oğurluğu həyata keçirib.

Muzeydən Apollon qalereyasından 9 eksponat oğurlanıb. Paris prokuroru Laure Bekkonun sözlərinə görə, cinayət nəticəsində dəymiş ziyan 88 milyon avro qiymətləndirilir.

Yeganə

Seçilən
45
busaat.az

1Mənbələr