Bakı. Trend:
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının MədəniyyətNazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və AzərbaycanRespublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə BirinciTürkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planıhazırlayıb həyata keçirilməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.
"2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci TürkolojiQurultayın təşkilinin 100 ili tamam olur.
Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsəmalik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmışmüstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikalelmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemlimüzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi,etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlıvacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahidümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzindəsaxlanılmışdır.
Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksəksəviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlumərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultayaev sahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanınilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIXəsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifbaislahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.
Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir vəmüddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejimininvə sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formadaalınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illərrepressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafınaolduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən əsrin sonlarında əldəetdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəlişyollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalıümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.
Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çoxideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasınınyenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiqnailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhuilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlımədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətləatılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci iloktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk DövlətləriTəşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün BəyannaməsindəBirinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsiçağırışının öz əksini tapması bunun daha bir təzahürüdür", -Sərəncamda qeyd olunub.