AZ

ABŞ-də marketdən üzüm alan gənc əsəbini gizlədə bilmədi

ABŞ-da yaşayan bir türk gənc, başına gələn qeyri-adi alış-veriş təcrübəsini sosial mediada paylaşaraq gündəm olub. "Bakuinfo" türk mediasına istinadən xəbər verir ki, üzüm almaq üçün marketə gedən gənc, aldığı məhsulu evdə açdıqdan sonra böyük təəccüb və qəzəb yaşayıb.Gəncin sözlərinə görə, o, məhsulun üzərindəki etiketi oxumadan alış-veriş edib. Evə qayıtdıqdan sonra isə aldığı məhsulun adi üzüm yox, "şəkər pambığı dadlı üzüm" (cotton candy grape) olduğunu anlayıb. Sosial mediada paylaşdığı videoda gənc, hisslərini bu sözlərlə ifadə edib: "Markete üzüm almağa getdim, paketi götürdüm amma üstündəki yazanı oxumadım. Evə gəldim, bir də baxdım ki, bu şəkərli pambıq üzümdür. Niyə? Niyə yəni? Hal-hazırda çox əsəbiyəm". Hadisə qısa zamanda sosial mediada maraqla qarşılanıb və bir çox izləyici gəncin reaksiyasını əyləncəli hesab edərək yumorstik şərhlər yazıb. Digər bir qisim isə məhsul etiketlərini oxumağın vacibliyinə diqqət çəkib. (Sonxeber.az) 

Seçilən
73
bakuinfo.net

1Mənbələr