"Audiovizual Media Haqqında" Qanuna edilən dəyişikliklər mövcud qanunla müəyyən edilmiş ictimai yayımçıların sayını ikiyə endirməyi və eyni zamanda təhsil-mədəniyyət proqramlarının məzmunu tələbini ləğv etməyi nəzərdə tutur.
Layihənin əsaslandırılmasından aydın olur ki, bu, Erməni Həvari Kilsəsinin (EHK) təsis etdiyi "Şoğakat" telekanalından imtina edilməsi və onun ictimai multipleksdən çıxarılması deməkdir. Layihə "Vətəndaş Müqaviləsi" partiyasından olan deputatlar tərəfindən irəli sürülüb.
Ermənistan Jurnalistlər İttifaqı və bir sıra ictimai təşkilatlar bu təşəbbüsə qarşı çıxaraq, hakimiyyətin bununla Erməni Apostol Kilsəsinə növbəti zərbə vurmaq istədiyini qeyd ediblər. Hazırda Ermənistanda "Şoğakat"dan başqa, İctimai Televiziya və onun tərkibindəki Birinci İnformasiya Telekanalı ictimai yayımçı statusuna malikdir.